İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Maduro ilə DANIŞDI

641 07.12.2025 02:27 Siyasət A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, danışıq zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan Maduroya bölgədə baş verən hadisələri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həllinə inandığını və bunu bütün platformalarda vurğuladığını bildirib.

Ərdoğan, həmçinin ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq qalmasının vacibliyini qeyd edərək, gərginliyin ən qısa zamanda səngiməsini arzu etdiyini deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR