İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəblər Burak Özçiviti “qara siyahı”ya saldı?

792 19.01.2026 15:00 Şou-biznes A A

Türkiyənin məşhur aktyoru Burak Özçivitin bu il Səudiyyə Ərəbistanında keçirilən "Joy Awards" mükafatlandırma mərasiminə dəvət olunmaması diqqət çəkib.

Musavat.com xəbər verir ki, Ərəb dünyasında böyük pərəstişkar kütləsi olan aktyorun tədbirdə görünməməsi kulislərdə müxtəlif iddiaların yayılmasına səbəb olub. Hər il dünya ulduzlarının qatıldığı "Joy Awards" mərasimində Burak Özçivitin bu dəfə dəvətlilər arasında olmaması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Əvvəlki illərdə tədbirin daimi qonaqları sırasında yer alan aktyorun yoxluğu suallar doğurub.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, aktyorun mərasimə dəvət edilməməsi ötən il yaşanan qalmaqalla əlaqələndirilir. İddia olunur ki, Burak Özçivit ötən il həyat yoldaşı Fahriyə Evcen ilə birlikdə qatıldığı tədbirdə onlara ayrılan yerdən narazı qalıb və təşkilatçını tənqid edən paylaşım edib. Həmin paylaşım qısa müddət sonra silinsə də, məsələ təşkilat komitəsinin yaddaşında qaldığı bildirilir.

“Qara siyahı” iddiaları

Kulis məlumatlarına görə, bu hadisədən sonra Burak Özçivitin Joy Awards təşkilatçıları tərəfindən “qara siyahı”ya salındığı iddia edilir. Son dövrlərdə aktyorun Səudiyyə Ərəbistanı əvəzinə daha çox Rusiya və Türküstan ölkələrində görünməsi də bu iddiaları gücləndirən amillər arasında göstərilir.

Məsələ ilə bağlı nə Burak Özçivit, nə də Joy Awards təşkilatçıları tərəfindən rəsmi açıqlama verilib.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR