Biz, aşağıda imzası olan Erməni Apostol Kilsəsinin arxiyepiskopları və yepiskopları, Eçmiədzinin Ana Taxtına və bütün ermənilərin katolikosu II Qareginə qeyd-şərtsiz övlad sədaqətimizi bildiririk.
Musavat.com erməni mediasına istinadən bildirir ki, 27 yepiskop və arxiyepiskopun yaydığı bəyanatda belə deyilir.
Bəyanatda daha sonra bildirilir: “Biz kilsədaxili məsələləri siyasi müdaxilə yolu ilə həll etmək cəhdini qəbuledilməz və təhlükəli hesab edirik”.
Qeyd olunur ki, müqəddəs liturgiya zamanı bütün ermənilərin katolikosunun adının hallandırılması qəbuledilməzdir. “Biz əminik ki, Müqəddəs Kilsəmizin birliyi və sülhü şəxsi, qrup və ya digər maraqları üstələyir və məhəbbət, həqiqət və ədalət birliyi vasitəsilə möhkəmlənəcək. Əminik ki, yepiskopluğun birgə səyləri ilə biz Müqəddəs Kilsəmizin xeyrinə effektiv həllər tapacağıq”-bəyanat müəllifləri bildirib.
Bəyanatı arxiyepiskoplar Xazhak Parsamyan, Natan Hovhannisyan, Hakob Qlincyan, Yezras Nersisyan, Vigen Haykazyan, Haykazun Nacarian, Mikael Ajapakhyan, Baqrat Qalstanyan, Arşak Xaçatryan və yepiskoplar Vahan Hovhannisyan, Hovakim Aracyan, Hovakim Aracyan, Hovakim Aracyan, Qalterv Manukta, Mkrtiç Proşyan, Abqar Hovakimyan, Markos Hovhannisyan, Muşeq Babayan, Narek Berberyan, Hovnan Akopyan, Daniel Fındıqyan, Tiran Petrosyan, Mesrop Parsamyan, Oşakan Kyulkyulyan, Aren Şahenyan, Qriqor Xaçatryan, Kirakos Davtyan, Makar Akopyan imzalayıblar.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan “Erməni Kilsəsinə Ktriç Nersisyanın (II Qaregin) mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur”, deyib.
Musavat.com






