Ermənistanda hakimiyyət–kilsə qarşıdurması fonunda yeni və diqqətçəkən açıqlama verilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş din xadimi Nikoqos Ovannisyan Paşinyanın II Qareginə gücü çatmayacağını iddia edib.
Onun sözlərinə görə, hakimiyyət maksimum halda “xırda maneələr” yarada bilər – məsələn, altı yepiskop və Bütün Ermənilərin Katolikosunun ölkədən çıxışına qadağa qoymaq və ya cinayət işləri başlatmaq. Lakin bu, kilsədaxili qərarların qəbuluna təsir etməyəcək.
O, hakimiyyətin tərəfini tutan 10 yepiskop barədə də sərt fikirlər səsləndirib.
Nikoqos Ovannisyanın iddiasına görə, hakimiyyətə yaxınlaşan 10 yepiskop arasında ciddi fikir ayrılıqları mövcuddur. Onun fikrincə, hər biri özünü növbəti katolikos postuna namizəd kimi görür və aralarında bu vəzifə uğrunda mübarizə gedir.
Musavat.com






