İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsində PARÇALANMA: Yepiskoplar II Qaregini İSTEFAYA ÇAĞIRDI - VİDEO

701 29.11.2025 20:54 Siyasət A A

Bir qrup yepiskop və arxiyepiskop bütün ermənilərin katolikosu II Qaregini açıq şəkildə istefa verməyə çağırıb.

Musavat.com xəbər verir ki, onlar Qaregini "özbaşına idarəetmə", siyasi müdaxilə və digər yolverilməz hərəkətlərdə ittiham edirlər. 

Yepiskoplar 1999-cu ildə II Qareginin seçilməsini "qorxu altında keçirilən seçkilərin" nəticəsi kimi qiymətləndirirlər.

Müraciətə 27 noyabrda Paşinyanla görüşən səkkiz iyerarxın imzaları daxildir. Bundan əlavə, hazırda müraciətə ABŞ-ın Qərb Yeparxiyasının primatı Hovnan Terteryan və Armavir Yeparxiyasının primatı Sion Adamyan da qoşulub.

Bundan əvvəl Ermənistan məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlunun məhkəməyəqədərki həbs müddətini də uzadıb. Gevork Nersisyanın məhkəməyəqədərki həbs müddəti 2 ay, onun oğlu Ambartsumun həbs müddəti isə 3 ay uzadılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR