İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: TRIPP Ermənistan üçün yox, region üçün yazılıb

378 15.01.2026 23:50 Dünya A A

TRIPP layihəsinin və ABŞ-la Ermənistan arasında imzalanmış çərçivə sənədinin detalları İrəvanda geniş müzakirə doğurub. Müzakirələrin əsas mövzularından biri – layihənin tərəflərə nə qazandıracağı qədər Ermənistanın bunun müqabilində nədən imtina edəcəyi məsələsidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yeerli politoloq Armen Bağdasaryana görə, TRIPP layihəsi birbaşa sülh prosesinin tərkib hissəsi deyil, əksinə, onun mümkün nəticəsinin konturlarıdır.

“TRIPP sülhün bir parçası deyil, sülhdən sonra ortaya çıxacaq mexanizmdir. Layihə yalnız iki şərt yerinə yetirilərsə işləyəcək: Azərbaycan-Ermənistansülhünün institusional şəkildə təsdiqlənməsi və Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşması”,-deyə o, qeyd edib.

Erməni politoloq TRIPP-i metaforik olaraq “sülh tortu”na bənzədib. Onun sözlərinə görə, tərəflər sülh sazişindən sonra həmin “tortun” faizlərini bölüşəcəklər. Amma əsas sual – həmin “torta sahib olmaq üçün nə qədər ödəmək lazımdır?” məsələsidir.

Bağdasaryan eyni zamanda etiraf edir ki, layihə kağız üzərində bütün tərəflərə divident vəd edir.

“ABŞ üçün bu, ticarət marşrutlarıdır. Azərbaycan üçün tranzit əlaqələrinin bərpası, Türkiyə üçün koridorun açılması, Ermənistan üçün isə iqtisadi fürsətlər nəzərdə tutulur. Hamı nəsə qazanır, amma Ermənistan üçün əsas sual odur ki, bu qiymət qəbulediləndirmi?”,-deyə o, bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR