Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Ermənistan idmançısı Mikael Mikaelyana qarşı "Tour de Ski" yarışı zamanı intizam tədbirləri tətbiq edib.
Musavat.com xəbər verir ki, buna səbəb xizəkçinin kostyumundakı "Azərbaycan" yazısını lentlə gizlətməsi olub. Qeyd edək ki, ölkəmiz turnirin rəsmi sponsoru olaraq çıxış edir.
FIS cərimənin məbləğini açıqlamayıb, Mikaelyan isə şərh verməkdən imtina edibi. Hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışın bir mərhələsində baş verib.
Xatırladaq ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq sazişi imzalayıb.
Musavat.com






