Ermənistan Fransanın İnkişaf Agentliyindən (AFD) 100 milyon avroya qədər maliyyə dəstəyi əldə edəcək.
Musavat.com xəbər verir ki, ayrılan kredit əsasən su və irriqasiya infrastrukturunun modernləşdirilməsinə yönəldiləcək.
Məlumata görə, proqram Dünya Bankının WISE layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə Sünik bölgəsində — Sisian, Gorus və Meğri icmalarında suvarma sistemlərinin bərpasını nəzərdə tutur.
Musavat.com






