İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan iki cəbhədə normallaşma axtarışında: diqqətçəkən etiraf

323 19.01.2026 14:31 Siyasət A A

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması proseslərinin mahiyyət etibarilə fərqli olduğunu, lakin eyni regionda baş verdiyi üçün bir-birinə təsir göstərə biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, Rubinyan bu fikirləri brifinq zamanı səsləndirib.

Onun sözlərinə görə, hər iki istiqamətdə aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə inkişaf edir və artıq müəyyən nəticələr görünməkdədir. Vitse-spiker vurğulayıb ki, yaxın dövrdə bu proseslərin daha konkret nəticələri də ortaya çıxacaq.

Rubinyan qeyd edib ki, Ermənistanın Türkiyə və Azərbaycanla paralel şəkildə apardığı diplomatik proseslər birbaşa bağlı olmasa da, regionda formalaşan ümumi siyasi və təhlükəsizlik mühiti baxımından qarşılıqlı təsir potensialına malikdir. Onun fikrincə, regional normallaşma cəhdləri uzunmüddətli sabitlik üçün mühüm amil kimi qiymətləndirilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR