Bu gün İrəvandan Tehrana və əks istiqamətdə uçuşlar ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Iran Air Tour", "Meraj Airlines" və "Caspian Airlines" şirkətlərinin nümayəndəsi Misak Qriqoryan Ermənistan mediasına bildirib ki, ilk iki aviaşirkətin uçuşları sərnişin sıxlığının az olması səbəbindən əvvəlcədən ləğv edilib və İrandakı hadisələrlə əlaqəli deyil.
Onun sözlərinə görə, "Caspian Airlines" dünən uçuş həyata keçirib və sabaha uçuş planlaşdırıb.
Musavat.com






