İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT ilə bağlı QƏRAR VERƏCƏK - Paşinyan AÇIQLADI

929 23.04.2026 14:19 Siyasət A A

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını aktivləşdirmək niyyətində olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, hökumət başçısı Ermənistanın təşkilatdan mümkün çıxışı məsələsinin hələ də açıq qaldığını və bu addımın mövcud vəziyyətdən asılı olaraq dəyərləndiriləcəyini qeyd edib.

Paşinyan açıqlamasında bu məsələ ilə bağlı konkret tarix verməkdən yayınıb: “Nəticədə KTMT-dən çıxacağıq, yoxsa yox – bu artıq başqa məsələdir, hazırda dəqiq bir söz deyə bilmərəm. Buna görə də, biz qərarımızı şəraitə uyğun şəkildə qəbul edəcəyik”.

Baş nazirin bu çıxışı rəsmi İrəvanın hərbi blokla münasibətlərindəki qeyri-müəyyənliyin davam etdiyini bir daha təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR