İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Müdafiə Nazirliyində böyük KORRUPSİYA

333 08.01.2026 22:00 Region A A

Ermənistan Müdafiə Nazirliyi sistemində çalışan yüksək vəzifəli zabit 2024-cü il ərzində iri miqyaslı mənimsəmə törədib.

Musavat.com xəbər verir ki, istintaq materiallarına görə, həmin şəxs iki hərbi hissədə rəhbər vəzifə tutaraq ümumilikdə 37 ədəd termal görmə cihazını mənimsəyib və onları İrəvan sakininə real bazar qiymətindən təxminən 10 dəfə ucuz satıb. Cihazlar hər biri 50–450 min dram (təxminən 1 170 ABŞ dollarınadək) qiymətə realizə olunub. Ümumi zərər 415 min dollardan çox qiymətləndirilir.

Məlumata görə, zabit cinayətin izini itirmək üçün cihazların guya geri təhvil verilməsi və ya silinməsi barədə saxta aktlar tərtib edib və onları hərbi hissələrin maddi bazasından çıxarılmış kimi göstərib.

Faktla bağlı Ermənistan Antikorrupsiya Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə həm zabit, həm də termal cihazları alan şəxs həbs edilib, ittiham irəli sürülüb və iş məhkəməyə göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR