Ermənistan Milli Assambleyası (parlament) kvorum olmadığı üçün noyabrın 13-də öz işinə başlamalı olan dördgünlük növbəti parlament iclasını davam etdirə bilmir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Maraqlıdır ki, iclasda parlament müxalifətinin nümayəndələri qatılsa da, hakim “Mülki Müqavilə” partiyasının bir çox deputatı isə iştirak etməyib.
Parlamentarilər 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsini davam etdirəcəklər.
Musavat.com






