İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan peşəkar ordu qurur?

2124 04.12.2025 17:42 Dünya A A

Sülhə nail olmaq kimi ən mühüm siyasi məqsəd peşəkar orduya keçid üçün imkan yaradır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Andranik Köçəryan bildirib.

Onun sözlərinə görə, çağırış proqramlarında iştirak edənlərin sayının artması sayəsində çağırışçı kontingenti üzərində vəziyyəti idarə etmək mümkün olur. “Ona görə də şəxsi heyətin sayında (qoşunların sayında – red.) heç bir problem yoxdur”, – deyə o vurğulayıb.

Köçəryan bildirib ki, gələcəkdə birillik hərbi xidmət müddəti əsgərlərin lazımi hazırlığı və dövlət maraqlarının təmin olunması baxımından kifayət edəcəyi halda bu variant da (peşəkar ordunun yaraılması)  nəzərdən keçirilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR