İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prokurorluğunda “təmizlik” işlərinə başlanıldı

705 09.01.2026 14:32 Region A A

Ermənistanın baş prokuroru Anna Vardapetyanın əmri ilə Konstitusiya quruluşu, dövlət əleyhinə cinayətlər idarəsinin rəis müavini, ictimai təhlükəsizlik və birinci dərəcəli ədliyyə müşaviri Arman Baqdasaryan tutduğu vəzifəsindən azad edilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Baqdasaryan Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyanla bağlı cinayət işinin prokuroru olub. Məhz o, ötən ilin sentyabrında dövlət çevrilişinə çağırışa görə din xadiminin iki il altı ay müddətinə həbs olunmasını tələb etmişdi.

Yerli medianın məlumatına görə, Baqdasarayan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Məlumata əsasən, Ermənistan Baş Prokurorluğunda təmizləmələr davam edir. 2022-ci ilin aprelində Nikol Paşinyanın korteji tərəfindən ölümcül şəkildə vurulan Sona Mnatsakanyanın səs-küylü işinə rəhbərlik edən prokuror da vəzifəsindən azad edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR