İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan tərəfi daha ciddi addımlar atmalıdır - STM-in icraçı direktoru

705 09.02.2026 20:59 Siyasət A A

“Azərbaycan Respublikası Prezidentinin Vaşinqtona səfəri ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur. Nə Azərbaycan tərəfindən, nə də ABŞ tərəfindən. Ona görə də qeyri-rəsmi mənbələrin yaydığı məlumatı şərh etmək düz olmazdı”.

STM icraçı direktorundan xəbərdarlıq: “Ermənistanın müharibəyə  hazırlığından xəbər verir”

STM-in icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a, Azərbaycan və Ermənistan liderlərinin 19 fevralda Vaşinqtonda keçiriləcəyi gözlənilən Sülh Şurasının toplantısında iştirak edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Qeyd edib ki, bununla belə, Azərbaycan və Ermənistan rəhbərləri bu günlərdə Abu-Dabidə müzakirələr aparmışdı və bundan sonra xeyli optimist mesajlar da veriliv: “ABŞ-nin vitse prezidenti Vens artıq Ermənistandadır və daha sonra Azərbaycana səfər edəcək. Təmasların artması müsbət haldır. Bir qədər əvvəl də Davos forumu çərçivəsində təşkil olunan paneldə həm Azərbaycan Respublikasının Prezidenti, həm də Ermənistan Respublikasının prezidenti iştirak etmişdi. Hər bir görüş və təmaslar sülh prosesini irəli aparır. Bununla belə, artır Ermənistan tərəfindən real addımlar olmalıdır. Zəngəzur dəhlizi - Tramp marşurutu üzrə işlərin daha sürətlə getməsi üçün Ermənistan tərəfi daha ciddi addımlar atmalıdır. Ümid edək ki, Vensin səfəri prosesi sürətləndirəcək”. S.Məmmədov bildirdi ki, istənilən beynəlxalq tədbirdə Azərbaycan və Ermənistan rəhbərləri, digər rəsmi şəxslər iştirak edərkən bir qayda olaraq görüşlər və təmaslar olur: “Qarşıda hər iki ölkə rəhbərlərinin də iştirak etdiyi tədbir olacaqsa, əlbəttə ki, ikitərəfli və ya maraqlı tərəflərin də-məsələn, ABŞ-nin - iştirakı ilə görüşlərin olması istisna edilmir.

Sülh prosesi yalnız yüksək səviyyəli görüşlərdən ibarət deyil. Hər iki ölkənin müvafiq qurumları işlər aparmalı,ilkin razılaşmalar olmalıdır. Bu halda görüşlər daha nəticəvi olar”.

Bu arada, erməni mediası xarici mənbələrə istinadən yazıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ lideri Donald Trampın Sülh Şurasının sammitində iştirak etmək üçün Vaşinqtona gedəcəklər.

“Mənbələrin məlumatına görə, vitse-prezident Vensin Cənubi Qafqaza səfərindən sonra Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyan fevralın 19-da Trampın Sülh Şurasının sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırırlar”, xəbərdə deyilir. 

Bundan əvvəl “Axios” nəşri amerikalı rəsmiyə və Şuraya üzv olan 4 ölkənin diplomatlarına istinadla bildirmişdi ki, Ağ Ev fevralın 19-da Qəzza Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır.
Nəşrin məlumatına görə, ABŞ administrasiyası bu görüşdən Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsini irəli aparmaq və regionun yenidən qurulması üçün vəsait cəlb etmək üçün istifadə etmək niyyətindədir.

“Bu, Sülh Şurasının ilk iclası və Qəzzanın yenidən qurulması üçün vəsait toplama konfransı olacaq”, - amerikalı rəsmi bildirib. Qeyd edilir ki, sammitlə bağlı planlar hələ ilkin mərhələdədir və dəyişdirilə bilər. Ağ Ev şərh verməkdən imtina edib.

Əgər sözügedən toplantı baş tutacaqsa, bu, Azərbaycan və Ermənistan liderlərinə ikitərəfli təmas üçün əlavə imkanlar yaradacaq. Sonuncu dəfə dövlət başçıları Əbu-Dabidə bir araya gəliblər. Ondan əvvəl isə Azərbaycan və Ermənistan liderləri Davos Forumuna qatılmışdılar. Bir sıra ekspertlər Bakı və İrəvan arasında sülh sazişinin daha tez imzalanması üçün imkanlar yarandığını güman edirlər. Hesab olunur ki, ABŞ 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmaların sülh sazişi ilə yekunlaşması üçün fürsətdən maksimum faydalanmaq niyyətindədir. Elə ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Ermənistana və daha sonra Azərbaycana səfəri də bu kontekstdə nikbinliyi artırır. 19 fevral zirvəsi reallaşacağı halda, prezident Tramp Azərbaycan və Ermənistan liderlərinə yekun sülh sazişi ilə bağlı təklif verə bilərmi? Gözləyək…

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR