Ermənistanın Lori (Loru mahalı) bölgəsində böyük yanğın baş verib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, könüllülər və sakinlər yanğını söndürmək üçün çalışırlar.
Dünən, noyabrın 29-da saat 18:59-da Lori Regional Xilasetmə İdarəsinin böhranla mübarizə mərkəzinə Urasar və Katnaxbyur kəndləri arasında tüstülənmə barədə məlumat daxil olub.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin rayon xilasetmə idarəsinin əməliyyat qrupu, 2 döyüş briqadası və yanğınsöndürmə-xilasetmə dəstələrindən 2 əməliyyat qrupu göndərilib.
Musavat.com






