İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya Rusiya sərhədində bunker tikintisinə başladı – NATO-nun şərq cinahı möhkəmləndirilir

355 13.12.2025 13:01 Dünya A A

Estoniya Rusiyaya yaxın ölkənin cənub-şərq sərhədi boyunca ilk beton bunkerlərin quraşdırılmasına başlayıb.

Musavat.com
xəbər verir ki, bu barədə "Defense News" nəşri məlumat yayıb.

Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzinin nümayəndəsi Krismar Rozin bildirib ki, hazırda yeddi bunker quraşdırılmağa tam hazır vəziyyətdədir. Hakimiyyət orqanları ilin sonuna qədər ümumilikdə 28 bunker yerləşdirməyi planlaşdırır. Bu qurğular 600 sığınacaqdan ibarət geniş müdafiə şəbəkəsinin ilk xəttini təşkil edəcək.

Məlumata görə, bunker tikintisi Avropa İttifaqı və NATO-nun şərq cinahının möhkəmləndirilməsi strategiyasının bir hissəsidir. Təxminən 35 kvadratmetr sahəyə malik olan bu sığınacaqlar 152 millimetrlik artilleriya mərmilərinə davamlı olacaq şəkildə inşa edilir.

Estoniya tərəfi bu addımı potensial Rusiya müdaxiləsinin qarşısını almağa yönəlmiş çoxsəviyyəli müdafiə sisteminin tərkib hissəsi kimi qiymətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR