İnsanlara hürriyət, millətlərə istiqlal!

FED faizləri endirdi, proqnozları isə...

554 10.12.2025 23:53 İqtisadiyyat A A

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 25 baza bəndi azaltmaqla illik 3,5 faiz-3,75 faiz müəyyən edib.
Musavat.com xəbər verir ki, qərar əksər analitiklərin və iqtisadçıların gözləntilərinə uyğun olub.
Bildirilir ki, iki komitə üzvü faiz dərəcəsinin dəyişməz saxlanılmasının lehinə çıxış edib.
FED 2026-cı il üçün ABŞ-da inflyasiya proqnozunu sentyabr ayında gözlənilən 2,6 faizdən 2,4 faizə endirib.
FED-in açıqlamasına görə, 2027 və 2028-ci illər üçün inflyasiya proqnozları müvafiq olaraq 2,1 faiz və 2 faiz səviyyəsində saxlanılıb.
ABŞ Mərkəzi Bankı 2026-cı ildə ABŞ ÜDM artımı proqnozunu 1,8 faizdən 2,3 faizə, 2027-ci ildə 1,9 faizdən 2 faizə, 2028-ci ildə isə 1,8 faizdən 1,9 faizə qaldırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp FED və onun rəhbərliyini faizləri qəsdən endirməməkdə ittiham edir. İki gün əvvəl o, FED rəhbəri və üzvlərinin təyinatına dair Co Bayden tərəfindən verilən sərəncamların araşdırılmasını tapşırıb. Trampa görə, həmin sərəncamlar qanuna zidd olaraq avtoimza qələmlə imzalanmış ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR