İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı məhkəmədə, Günay Ağamalı sədr kreslosunda-şok qurultay baş tutdu  

1559 24.01.2026 15:06 Siyasət A A

Ana Vətən Partiyasında son aylarda yaranan qalmaqal bu gün bir qədər də güclənib. Buna səbəb də, partiyanın növbəti qurultayının keçirilməsi olub.

Musavat.com xəbər verir ki, artıq AVP-nin sədri məlumdur.

Bu, partiyanın son rəhbəri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıdır.

Qeyd edək ki, ötən il oktyabrın 25 -də Ana Vətən Partiyası növbəti qurultayını keçirmişdi. Partiyanın sədr müavini Elçin Ağamalı ilə atası Fəzail Ağamalı arasında gərgin mübahisə yaşandığından F.Ağamalı istefa vermədiyini bəyan edərək qurultayın təxirə salındığını bildirmişdi. Bu günkü qurultaydan öncə isə partiyanın bir sıra üzvləri F.Ağamalını məhkəməyə veriblər.

Elçin Ağamalı atasını məhkəməyə verənləri sona qədər müdafiə edəcəyini bəyan edib.


Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR