Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı bəzi əsas məsələlərin yalnız referendum və ya seçkilər yolu ilə həll oluna biləcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Fidanın sözlərinə görə, mümkün sülh sazişində yer alan bir sıra maddələr o qədər həssasdır ki, heç bir siyasi lider bu qərarlara təkbaşına məsuliyyət götürə bilməz. Nazir vurğulayıb ki, bu cür taleyüklü qərarlar birbaşa xalqın iradəsinə söykənməlidir.
Türkiyə XİN rəhbəri eyni zamanda bildirib ki, Ukrayna ilə bağlı problematik gündəm yaxın perspektivdə də aktuallığını qoruyacaq və ən azı 2026-cı ilin birinci yarısına qədər beynəlxalq siyasətin əsas mövzularından biri olaraq qalacaq.
Musavat.com






