Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen mart ayında Qrenlandiyaya səfər etməyi və Danimarkanın muxtar ərazisi üçün dəstək tədbirləri paketini elan etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" mənbələrə istinadən yayıb.
Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.
Yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən fon der Lyayen Aİ-nin Qrenlandiya üçün "hərtərəfli investisiya paketi" üzərində işlədiyini bildirib.
Daha sonra Avropa Parlamentinin iclasında çıxış edərək qeyd edib ki, icma "Danimarka və Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək" niyyətindədir.
Musavat.com






