İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Aİ-Merkosur müqaviləsinə qarşı: Təxirə salınmasını istədi

477 15.12.2025 00:59 Siyasət A A

Fransa Avropa İttifaqından Cənubi Amerika Ortaq Bazarı (Mercosur) ölkələri ilə ticarət müqaviləsinin imzalanmasının təxirə salınmasını istəyib.

Musavat.com xəbər verir ki, məlumatı Agence France-Presse Fransa hökumətinin kommünikesinə istinadən yayıb. Kommünikedə bildirilir: "Fransa işi davam etdirmək və Avropa kənd təsərrüfatımızı qorumaq üçün qanuni tədbirlərin görülməsini təmin etmək üçün dekabr ayındakı son tarixin təxirə salınmasını istəyir".

Fransa Nazirlər Kabineti hesab edir ki, Mercosur ilə müqavilə üzrə Aİ-nin səsverməsi üçün şərtlər hələ hazır deyil.

Daha əvvəl Braziliya Prezidenti Luis İnasio Lula da Silva Merkosur və Aİ-nin 20 dekabrda Braziliyada keçirilən sammitdə sərbəst ticarət sazişi imzalayacağını açıqlamışdı. AFP-nin məlumatına görə, Avropa Komissiyasının (AK) rəhbəri sənədi imzalamazdan əvvəl, 19 dekabra qədər Aİ ölkələrindən təsdiq almalıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Aİ ilə Merkosur arasında müqavilənin imzalanmasına qarşıdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR