İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa parlamenti hərbi büdcəsinin artırılması təklifini qəbul etdi

527 11.12.2025 02:28 Dünya A A

Fransa parlamentinin aşağı palatas olan Milli Assambleya hökumətin ölkənin hərbi büdcəsini artırmaq planını dəstəkləyib.

Musavat.com xəbər verir ki, müvafiq səsvermənin nəticələrini Assambleyanın sədri Yael Bron-Pivet açıqlayıb: "411 deputat "lehinə", 88 nəfər "əleyhinə" səs verdi. Milli Assambleya tərəfindən qəbul edildi".

Hərbi büdcə deputatlar tərəfindən hələ qəbul edilməmiş 2026-cı il dövlət büdcəsi qanun layihəsinə daxildir.

Daha əvvəl Fransanın Baş naziri Sebastyan Lekornu parlamentdə çıxış edərək hökumətin gələn il sursat alınması üçün 500 milyon avro ayırmaq niyyətində olduğunu bildirmişdi.

O, həmçinin qeyd edib ki, 2026-cı ildə ümumi müdafiə xərclərinin 6,7 milyard avro artırılması planlaşdırılır. Beləliklə, Fransanın hərbi büdcəsi 57,2 milyard avroya qədər arta bilər.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR