İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa “Uşaq Avroviziya-2026”dan İMTİNA ETDİ - SƏBƏB

505 20.12.2025 21:44 Dünya A A

Fransa maliyyə çətinliklərinə görə 2026-cı il “Uşaq Avroviziya” müsabiqəsinə ev sahibliyi etməkdə imtina edib.

Musavat.com xəbər verir ki, ölkə bu hüququ Lu Deluizin “Uşaq Avroviziya”da qələbəsi sayəsində qazanıb. Lakin maliyyə resurslarının məhdudluğu səbəbindən Fransa təşkilatçılıq öhdəliyini üzərinə götürə bilməyib.

Məsələ ilə bağlı Avropa Yayım Birliyi (EBU) və Fransa tərəfi yaxın günlərdə əlavə açıqlama verəcəklər.

Qeyd edək ki, Fransa münsiflər heyətindən 152 bal, onlayn səsvermə nəticələrinə əsasən isə 96 bal toplayaraq birinci yerə layiq görülüb.

Müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.

Azərbaycan müsabiqədə Yağmur Nəsrullayeva ilə təmsil olunub. O "Miau Miau" mahnısı ilə 15-ci yerdə qərarlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR