İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadakı Azərbaycanın dostundan ilginc çağırışlar və fikirlər FOTO

835 18.11.2025 16:38 Siyasət A A

İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda bu gün keçirilən elmi-praktik konfransa onlayn şəkildə qatılan Fransa parlamentinin Fəxri deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lambert maraqlı fikirləri ilə diqqət çəkib.

Musavat.com-un məlumatına görə, Azərbaycanın Fransadakı müdafiəçilərindən olan cənab Lambert bildirib ki, o, Azərbaycanın ədalətli mövqeyini müdafiə etməklə beynəlxalq hüquqa hörmət edib: “Mən bir demokrat olaraq bunu etdim. Bu, mənim borcumdur”.

J.Lambert deyib ki, beynəlxalq ictimayyət 30 il ərzində işğala barmaqarası baxıb. Əlavə edib ki, o, hər zaman Azərbaycanın haqlı mövqeyini çıxış edib. Xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də eyni mövqe ifadə olunurdu: “Təəssüf ki, Fransadan Azərbaycana dəstək verənlər barmaqla sayılan qədər az idi. Hətta düşməncəsinə dəstəkləmirdilər. Çox xoşbəxtəm ki, vəziyyət bu gün dəyişib”. Fransalı ekspert arxayın olmamağı da vacib sayıb: “Elə etməliyik ki, bu suverenlik əbədi olsun. Ehtiyatı əldən verməməliyik. Azərbaycanın başı üstündə həmişə qara buludlar var. Çətin mövqedəsiniz, regionda maraqlar var. Azərbaycan bütün sivilizasiyaların keçdiyi yerdir”. Eyni zamanda o, Bakı ilə Paris arasındakı münasibətləri öz axarına qaytarmağın vacibliyindən də danışıb: “Biz gələcəyə doğru mətin addımlarla irəliləməliyik ki, münasibətlər əvvəlki səviyyəyə dönsün”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR