06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Musavat.com xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1968-ci il təvəllüdlü və 1972-ci il təvəllüdlü şəxslərə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.






