İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc idmançı Respublika çempionu oldu FOTO

1074 09.02.2026 23:21 İdman A A

Tural Əsədli MMA (Mixed Martial Arts- Qarışıq Döyüş Sənətləri) üzrə keçirilən Respublika çempionatında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. O, 25 kq çəki dərəcəsində yarışaraq yüksək fiziki hazırlıq və böyük əzmkarlıq nümayiş etdirib.

Musavat.com xəbər verir ki, çempionat çərçivəsində 11 idmançı arasında keçirilən mübarizədə Tural Əsədli 4 görüşün hamısında qələbə qazanaraq turnirin qalibi olub. Bu nəticə ilə o, MMA üzrə ikiqat Respublika birincisi adına layiq görülüb.

Qeyd edək ki, Tural Seyran oğlu Əsədli 8 fevral 2017-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı şəhərində yerləşən 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR