Gəncə şəhərində 6 yaşlı uşağı avtomobil vurub.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolun qarşı tərəfinə keçmək istəyən 6 yaşlı Almila Əlizadəni vurub.
Uşaq xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, A.Əlizadəni vuran avtomobilin sürücüsü qadın olub.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə piyadanı avtomobil vurub.
Hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Elçin Məmmədov yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.
Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.//Oxu.az






