İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə güclü yanğın BAŞLAYIB

938 03.01.2026 09:00 Son xəbər A A

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR