İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

446 08.11.2025 21:22 Hadisə A A

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" ilə "Toyota Prius" toqquşub. Qəzadan sonra idarəetmədən çıxan “Opel” səki gedən iki piyadanı vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR