İnsanlara hürriyət, millətlərə istiqlal!

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapıldı - YENİLƏNİB

1417 27.02.2026 17:55 Ölkə A A

Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

Meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələkgər Həsənzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.

***

Lənkəranda dənizdə meyit tapılıb.

Meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.

Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//apa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR