İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda 83 yaşlı kişinin “gor pulu” oğurlandı  FOTO

770 16.12.2025 12:28 Kriminal A A

Goranboy rayonunun Xanqərvənd kəndində oğurluq hadisəsi baş verib. Kənd sakini, 83 yaşlı Zahid Qədir oğlu Əsgərovun evindən illərlə yığdığı və son ümid yeri olan pullar oğurlanıb.

Musavat.com xəbər verir ki, ahıl yaşda olan Zahid Əsgərov kimsəsizdir.

O, uzun müddət aldığı pensiyadan qənaətlə pul yığaraq, vəfat edəcəyi təqdirdə dəfn xərcləri üçün saxlayıb. Zərərçəkənin sözlərinə görə, söhbət 7 min manata yaxın məbləğdə vəsaitdən gedir.

WhatsApp Image 2025-12-16 at 12.12.56.jpeg (48 KB)

Hadisə oktyabrın 16-da baş verib. Bildirilir ki, həmin günlərdə bir neçə naməlum şəxs “yardım gətirmək” adı ilə Zahid Əsgərovun evinə daxil olub. Məhz bundan sonra pulun yoxa çıxdığı məlum olub.

Oğurluq faktı ilə bağlı oktyabrın 20-də hüquq-mühafizə orqanlarına müraciət edilsə də, indiyədək istintaqın gedişi barədə zərərçəkənə hər hansı məlumat verilməyib. Zahid Əsgərov oğurluq edən şəxslərin müəyyən edilməməsindən narahatdır. O, Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək oğruların müəyyən olunaraq məsuliyyətə cəlb olunmasını, oğurlanmış pullarının qaytarılmasını xahiş edib.

Şahanə Rəhimli
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR