İranın ali rəhbəri Əli Xameneinin tezliklə çıxış edəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə "Al-Alam TV" məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni raket hücumları dalğasının başladığını açıqlayıb.
Eyni zamanda, İsrail və ABŞ İranın hərbi obyektlərinə, o cümlədən Təbrizə hava zərbələri endirib.
Cənubda yerləşən İranın Şiraz şəhərinin sakinləri hava hücumlarının müşahidə olunduğunu bildirirlər.
İsrail Müdafiə Qüvvələri (İDF) İranın strateji müdafiə sisteminə qarşı genişmiqyaslı zərbə endirildiyini açıqlayıb.
Musavat.com






