İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözünü itirən balaca Mirismayılı həyatda saxlayaq!  FOTO

1430 14.11.2025 12:48 Sosial A A

Vətən müharibəsi iştirakçısı Ağalarov Mirvalehin oğlunun yardıma ehtiyacı var.

Mirismayıl 2 yaşından göz sarkoması (göz xərçəngi) xəstəliyindən əziyyət çəkir.

6 ildən çoxdur Türkiyənin Ankara şəhərində müalicə alıb. Aldığı saysız kimyaterapiyalar və əməliyyatlar uğursuz olub. Mirismayılın sol gözü amputasiya edilib.

WhatsApp Image 2025-11-14 at 12.42.04 (3).jpeg (409 KB)

Atasının Musavat.com-a bildirdiyinə görə, indi də amputasiya edilmiş göz boşluğunda göbələklər aşkarlanıb. Bu səbəbdən növbəti müalicəyə başlanılıb:

“Hazırda Ankara şəhərindəyik. Onun hər həftə qəbul etdiyi dərmanın qiyməti 300 manatdır. Ayda 4 qutu almalıyıq. 6-7 ay bu dərmanı qəbul etməlidir. Bu isə 8-9 min manat edir. Mirismayıl həm də tezliklə əməliyyat olunmalıdır. 2500 dollar əməliyyat ödənişidir. İmkanlı şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ağalarov ailəsinin probleminə biganə qalmamağa və balaca Mirismayıla imkan daxilində kömək etməyə çağırırıq. Yardımçı olmaq istəyənlər aşağıdakı bank kartına pul köçürə bilərlər:

Kart nömrəsi: 4127 - 2093 - 0005 - 5875

Atası Mirvalehin əlaqə nömrəsi: +994 55 757 52 42

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR