İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü qara görə Quba-Xınalıq yolunda qalan "Elit star" Cəmilə : "Təkərləri zəncirləmişik, gözləyirik"

1151 03.01.2026 13:35 Şou-biznes A A

“Hoteldə qalaraq yolun açılmasını gözləyirik. Dünən şaxta 23 dərəcə idi, bu gün isə hava nisbətən yumşalıb, 14 dərəcə olub”.

Bu sözləri Musavat.com-a açıqlamasında “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova deyib.
Müğənninin sözlərinə görə, Quba–Xınalıq avtomobil yolunda güclü qar yağması səbəbindən hərəkət məhdudlaşdırılıb. Hazırda avtomobillərin təkərlərinə zəncir bağlanmaqla rayon mərkəzi istiqamətində hərəkətə cəhd edilir:

“Bir azdan yola çıxmağa çalışacağıq. Mən hər il yanvarın 1-i və 2-ni Qubada keçirirəm. Yolun bağlanması səbəbindən bu gün gecikdik. Təkərlərə zəncir bağlamışıq, yolun mərkəzi hissəsi mərhələli şəkildə açılır və yavaş-yavaş hərəkət etməyə çalışacağıq”, – deyə C.İsgəndərova bildirib.

Qeyd edək ki, ötən gün Quba–Xınalıq yolunda qeyri-sabit hava şəraiti və intensiv qar yağışı səbəbindən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən yolda qalan şəxslər arasında “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da olub.

Şahanə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR