İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

1007 12.12.2025 12:55 Dünya A A

Yaponiya sahilləri bu gün 6,7 bal gücündə baş verən güclü yeraltı təkanlarla silkələnib.

Musavat.com xəbər verir ki, hadisədən sonra bir metrə qədər yüksələ biləcək dalğalar səbəbilə bölgədə sunami təhlükəsi elan olunub.

Ölkənin Milli Meteorologiya Agentliyi dərhal sahil bölgələrinə xəbərdarlıq yayıb və əhalini ehtiyatlı olmağa çağırıb.

Məlumata görə, zəlzələnin ocağı yer səthindən təxminən 20 kilometr dərinlikdə yerləşib. Təhlükə siqnalı Miyagi, İvate, Aomori prefekturalarının sahil zolağına, həmçinin Hokkaydonun cənub-şərq hissəsinə şamil edilib.

Hakimiyyət orqanları hazırda vəziyyəti diqqətlə izləyir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR