İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülay konsertə özəl yeni mahnı təqdim etdi -VİDEO

813 21.04.2026 22:26 Şou-biznes A A
Müğənni Gülay Zeynallı 24 apreldə Heydər Əliyev Sarayında baş tutacaq ilk solo konsertinə özəl yeni mahnısını təqdim edib.
 
Musavat.com xəbər verir ki, "Sən olmayanda” adlı mahnının sözləri Toğrul Sədrəddin, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.
 
Qeyd edək ki, ifaçının solo konserti 24 aprel 2026-cı il tarixində baş tutacaq. Gülay konsertdə yeni mahnısı ilə yanaşı sevilən hitlərini də canlı ifa edəcək.
 
Hazırda ifaçı böyük və peşəkar musiqi heyəti ilə məşqlərini davam etdirir və sevənləri ilə görüşə hazırlaşır.
 
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR