İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotoşopu – YDM “tapança”larına yek cavab: “Yoxun üzü qara olsun”

2229 28.06.2026 12:26 Foto fakt A A

Bu, yerli satiriklərin Rusiyada yanacaq qıtlığına dair düzəltdiyi fotoşop məhsuludur, amma gerçəkliyi dəqiq ifadə edir.

Federasiyada fəaliyyət göstərən neft şirkətlərinin YDM-lərinin “tapança”ları bu gün RF-nin media qurumlarının mikrofonuna dönərək ölkə başçısından cavab gözləyir.

Onun cavabı isə yoxdur, daha dəqiqi, cavab “yoxdur” şəkilndədir və tam olaraq belədir: “Benzin yoxdur, dizel yanacağı yoxdur”.

Sankt-Peterburqdan İrkutska, Murmanskdan Soçiyə qədər Rusiyanın, demək olar ki, bütün bölgələrində yanacaq çatışmazlığı var.

Bəzi regionlarda bəzi YDM-lərdə yanacağın olduğu bildirilir, amma onlarda da uzun növbələrdir. Sürücülər öz avtomobillərini kilometrlərcə bir-birinin ardında saxlayıb, heç olmasa bir çən dolusu ( “polnu bak”) yanacaq alacaqlarını gözləyirlər. Bəri başdan bəllidir ki, sıranın ortasında və axırında olanlara yanacaq çatmayacaq.

733415119_2115254452672679_6893205759564384375_n.jpeg (45 KB)

Çünki istehsal minimuma enib, ardı ya gəlmir, ya da çox az gəlir. Ukrayna ordusunun dronları RF-də işləyən əksər neft emalı zavodlarını (NEZ) vurub, istehsal zəncirini qırıb. Bir çox NEZ-lərdə başlanmış yanğın istehsal seksiyalarının dərhal bərpasını mümkünsüz edib.

Heç demə, gücünə görə “dünyanın ikinci ordusu”na malik Rusiyanın “Axilles dabanı” məhz bu yanacaq təchizatı sektoru imiş. Ukrayna Rusiyanı o dabanından vurmaqdadır.

Bu, kiminsə ağlına ekspromt gələn ideya deyil. Bu, hərbi və mülki kəşfiyyatın, dərin analizlərin, hesablamaların nəticəsidir. Ukrayna və onun müttəfiqləri 4 illik qanlı müharibədən sonra Rusiyanın zəif yerini tapıblar və onu ardıcıl olaraq bu “yara”sının üstündən vururlar.

Xaricdən yanacaq idxalı yaranı sağaltmır. Üstəlik, Ukrayna dronları yanacaq daşıyan avto-tankerləri də vura bilər.

Əslində bu, təhlükəli gedişatdır. Divara sıxılan Rusiya son silahına ələ ata bilər. O “son silah”ın nə olduğunu hər kəs bilir.

Kimsə deyə bilməz ki, yox, Putin o addımı atmaz. Nə bilmək olar? “Müəmma dolu rus qəlbi”nə az-çox bələd olanlar bilir ki, o potensial onlarda var, son nəfəsdə “a nu-ka, maxnyom, bıla, ne bıla” deyə bilərlər.

Hələlik dövlət başçısı YDM “tapança”ları ilə üz-üzə qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR