İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda bayram "yolka"sı yandı - VİDEO

470 22.12.2025 23:59 Dünya A A

Gürcüstanın Kvemo Kartli bölgəsində yerləşən Qardabani şəhərində Yeni il yolkasının işıqlandırılması mərasimi yanğınla başa çatıb.

Musavat.com xəbər verir ki, hadisə bayram tədbiri zamanı yolkanın işıqlandırılması prosesində baş verib. Qısa müddətdə alov yaranıb və yolkanın bir hissəsi yanıb.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Yanğın operativ şəkildə nəzarət altına alınıb və alovun yayılmasının qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR