Liviyada tibbi helikopter qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə Liviyanın "Al Wasat" informasiya portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə nəticəsində 5 nəfər həlak olub:
"Bazar ertəsi günü Əl-Kufra şəhərindən 300 kilometr cənub-qərbdə yerləşən Əs-Sara aviabazasında tibbi vertolyotun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub".
Məlumata görə, helikopter Liviya Milli Ordusunun (LNA) batalyonlarından birində avtomobil qəzasında yaralanan əsgəri təxliyə edirmiş.
Musavat.com






