İnsanlara hürriyət, millətlərə istiqlal!

Helikopterin qəza anı: milyonçu həlak oldu - Video

1077 07.01.2026 21:37 Dünya A A

Rusiyanın Perm diyarında baş verən helikopter qəzası ölkə mediasında geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, qəza zamanı iri biznes strukturlarından birinin təsisçisi, milyonçu İlyas Gimadutdinov həyatını itirib. Onunla birlikdə “Tattranskom” şirkətinin avtomobil kolonunun rəisi Elmır Konyakov da ölüb.

Məlumata görə, helikopter icazəsiz (qeyri-sanksiyalı) uçuş həyata keçirib. İlkin ehtimallara əsasən, uçuş zamanı mühərrikin buzlanması baş verib. Nəticədə pilot idarəetməni itirib və helikopter elektrik xətlərinə toxunaraq qəzaya uğrayıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza anında ərazidə olan bəzi şəxslər baş verənləri əvvəlcə qeyri-adi bir səhnə kimi qəbul ediblər. Sosial şəbəkələrdə yayılan və geniş müzakirə olunan “Bura Ceyms Bond gəlib!”* ifadəsi də məhz ilk saniyələrdə səslənib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, uçuşun texniki vəziyyəti və hüquqi tərəfləri dəqiqləşdirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR