İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həmişə xidmətinizdəyəm" - Macarıstan XİN rəhbərinin Lavrovla söhbətinin yazısı sızdırılıb

674 31.03.2026 13:36 Dünya A A

Avropada rezonans doğuran yeni ifşa ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə  “VSquare” araşdırma platforması tərəfindən yayılan materiallarda məlumat yer alıb.

Araşdırmaya görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışıqlarının audioyazıları sızdırılıb.

İddia olunur ki, 2024-cü ildə Lavrov rusiyalı oliqarx Alişer Usmanovun xahişiylə Siyarto ilə əlaqə saxlayıb. Məqsəd Usmanovun bacısı Gülbahor İsmayılovanın Aİ sanksiya siyahısından çıxarılması olub və Siyarto bu məsələdə kömək edəcəyini bildirib.

Materiallarda həmçinin qeyd olunur ki, Siyarto Avropa diplomatlarının qapalı müzakirələri barədə məlumatları da Lavrovla bölüşüb. Məsələn, 2024-cü ilin 30 avqust tarixli telefon danışığında o, Aİ Xarici İşlər Şurasının iclasının detalları barədə məlumat verib.

Bundan əlavə, başqa bir danışıqda Siyartonun Rusiyanın enerji nazirinin müavini ilə əlaqə saxlayaraq Aİ-nin Rusiya “kölgə donanmasına” qarşı sanksiyalarını zəiflətməyə çalışdığı iddia olunur.

Söhbətin ikinci hissəsində Siyarto, "Qazprom"un yeni qərargahına səfərindən bəhs edir və əlavə edir: "Mən həmişə sizin xidmətinizdəyəm".

Məlumata görə, o, 2025-ci ildə də yeni – 18-ci sanksiya paketinə qarşı çıxdığını və mümkün qədər çox rus qurumunu siyahıdan çıxarmağa çalışdığını bildirib.

İddialara əsasən, Siyarto hətta belə deyib:

“Mən bu paketin ləğvi üçün əlimdən gələni edirəm. Artıq siyahıdan 72 təşkilatı çıxarmışam və bu prosesi davam etdirməyə çalışıram”.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi şəkildə təsdiqlənməyib, lakin Avropa siyasi dairələrində ciddi müzakirələrə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR