İnsanlara hürriyət, millətlərə istiqlal!

Herontoloji Mərkəzə kimlər müraciət edə bilər? - AÇIQLAMA

633 03.12.2025 15:19 Ölkə A A

“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzin fəaliyyətinin əsas məqsədi heriatrik yaş qrupundan olan pasiyentlərə müayinə, müalicə-məsləhət yardımıdır. Yaşlılıq dövrü 60 yaşdan başlayır və o yaşdan olan bütün şəxslər müraciət edə bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, Mərkəzdə müayinədən keçib müvafiq müalicə almaq üçün vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət edə bilərlər:

“Bu həm yaşlı, həm də cavan vətəndaşlara aiddir. Yaşlı insanlar daha çox ürək-damar, həzm, sinir, endokrin, sidik-cinsiyyət, sümük-əzələ sistemi xəstəlikləri, görmə, eşitmə zəifliyi kimi patologiyalarla müraciət edirlər. Müraciət üçün şəxslərdə xəstəliklərin olması mütləq deyil. Profilaktik olaraq da müayinədən keçib, məsləhət ala bilərlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR