İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyrət! Moskva dünyanın ən yaxşıları siyahısına düşdü

729 12.12.2025 14:31 Dünya A A

“Forbes” jurnalının qiymətləndirməsinə görə, Rusiya paytaxtı Moskva qlobal turizm reytinqlərində ən yaxşı şəhərlər sırasında yer alıb və bu göstəriciyə görə Nyu-York və London kimi meqapolisləri geridə qoyub.

Musavat.com xəbər verir ki, nəşr Moskvanı “dünyanın geosiyasi canlı xəritəsi” kimi xarakterizə edir.

Amerikalı jurnalistlərin yazdığına görə, Moskva son illər turizm sektorunu uğurla yenidən quraraq onu keyfiyyətcə yeni mərhələyə çıxara bilib. Xüsusilə Qərb ölkələrindən gələn turist axınının azalması fonunda şəhər Asiya bazarlarına yönəlib.

Məlumata görə, təkcə 2023-cü ildə Moskvaya təxminən 2,3 milyon xarici turist səfər edib. Onların əsas hissəsi Çin, Hindistan, Türkiyə və İrandan olan səyahətçilərdir. Eyni zamanda, digər Asiya ölkələrindən gələn turistlərin sayı da artıb.

2025-ci ilin ilk yarısında isə Moskvaya gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Bu dinamika paytaxtın yeni geosiyasi və iqtisadi şəraitdə turizm potensialını qoruyub saxlaya bildiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR