İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

801 24.01.2026 22:11 Siyasət A A

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadə arasında görüş baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.

Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR