İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiya neftindən imtina edir

530 02.01.2026 22:03 Dünya A A

Dekabr ayında Rusiyadan Hindistana neft tədarükü son üç ilin ən aşağı səviyyəsinə enəcək.

Musavat.com xəbər verir ki, "Kpler" analitik şirkətinin məlumatına görə, bu ay tədarükün həcmi gündə təxminən 1,1 milyon barel təşkil edəcək.

Dekabrın ikinci həftəsində Rusiyadan Hindistana neft ixracı 712 min barel/gün səviyyəsinədək azalıb, sonradan isə müəyyən artım qeydə alınıb. Noyabr ayında idxalın həcmi 1,8 milyon barel/gün səviyyəsində qiymətləndirilirdi.

Azalma əsasən "Reliance Industries" şirkətinin alışları müvəqqəti dayandırması ilə bağlıdır. Şirkət bundan əvvəl Rusiyanın ən böyük neft alıcısı idi. "Reliance Industries" Rusiyadan neft alışını tezliklə bərpa etməyi planlaşdırır. 

Hindistan 2022-ci ildə Ukraynada döyüşlərin başlamasından sonra Rusiyanın ən böyük neft alıcılarından birinə çevrilmişdi. Ötən ilin 6 avqustunda Vaşinqton Rusiyadan neft aldığına görə Hindistana qarşı 25% həcmində əlavə rüsumlar tətbiq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR