Hizbullah hərəkatı Baş Qərargah rəisi Heytəm Əli Təbtəbainin öldürülməsinə görə İsrailə cavab verəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bunu Hərəkatın Baş katibi Şeyx Naim Qasım tərəfdarlarına NBN televiziya kanalı tərəfindən yayımlanan müraciətində deyib: "Biz bu cinayəti kobud təcavüz aktı hesab edirik və ona uyğun anda cavab vermək hüququmuz var. Bunun nə vaxt baş verəcəyini biz müəyyən edəcəyik".
O, bildirib ki, Təbtəbaiyə son mərhələlərdə bütün müqavimət qüvvələrinə komandanlıq etmək həvalə edilib. Qasım baş qərargah rəisinin hərbi təcrübəsi nəzərə alınmaqla, onun öldürülməsini Hizbullah üçün böyük itki adlandırıb: "O, əməliyyatları diqqətlə planlaşdıran, atəş və pilotsuz uçuş aparatlarının atışlarını əlaqələndirən əsl döyüş ustası idi".
Musavat.com






