İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökümə Əliyevanın nənəsindən ürək dağlayan sözlər - Video

695 25.12.2025 09:18 Gündəm A A

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində həlak olan Milli Qəhrəman Hökümə Əliyevanın nənəsi Qaratel Əliyeva nəvəsi ilə bağlı danışıb.

Musavat.com xəbər verir ki, İkinci Fəxri Xiyabanda anım mərasiminə aatılan Qaratel xanım nəvəsinin faciəli hadisədə həlakınının bütün ailənin faciəsinə çevrildiyini deyib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR