İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı

706 13.12.2025 13:47 Dünya A A

ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb.

Musavat.com
xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Məlumata görə, “Maska” və “Kriminal Çtivo” (Pulp Fiction) kimi məşhur filmlərlə tanınan Qrin mənzilində həyat əlamətləri olmadan aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Nəşrin yazdığına görə, aktyorun mənzilində tapılan bəzi dəlillər Nyu-Yorkda fəaliyyət göstərən irland mənşəli cinayət qruplaşmalarının mümkün izinə işarə edə bilər. Lakin hüquq-mühafizə orqanları bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.

Hazırda istintaq davam edir və ölümün təbii səbəbdən, zorakılıq nəticəsində, yoxsa başqa amillərdən baş verdiyi araşdırılır. Hadisə Hollivud və kino ictimaiyyətində geniş rezonans doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR